Bakının Yasamal rayonunda ailə-məişət zəmnində 62 yaşlı kişi ağır xəsarətlər alıb. Primeinfo.az xəbər verir ki, olay Yeni Yasamal qəsəbəsi, 2-ci küçə, 16-cı binanın 38-ci mənzilində qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Elşən Nəriman oğlu Hacıyev həyat yoldaşı ilə mübahisə edib və onu döyüb.
Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Primeinfo.az xəbər verir ki, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani (keçmiş Bünyadzadə) küçəsində yaşayan qadın yaşadığı mənzilin pəncərəsini silərkən hündürlükdən yıxılıb. Hadisə şahidlərinin sözlərinə görə, qadın pəncərənin çöl hissəsini təmizlədiyi zaman müvazinətini itirib və yerə düşüb.
Yasamal rayonu, Bakı dairəvi yolunda nəqliyyat vasitələrindən birində yanğın baş verib.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatları davam etdirirlər. Növbəti tədbir zamanı əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 24 yaşlı Əliağa Novruzzadə saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Sabah Bakının Yasamal rayonunun bir hissəsində qaz olmayacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, Yasamal rayonu, M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə sabah saat 10:00-dan etibarən bəzi küçələrin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Noyabrın 21-də yanğın baş vermiş Yasamal rayonu Mirəli Seyidov 19A ünvanında yerləşən binaya suyun verilişi bərpa edilib. Primeinfo.az xəbər verir ki, bu barədə həmin binada yaşayan jurnalist Heydər Mirzə məlumat yayıb. O bildirib ki, dekabrın 16-da binanın 11-17-ci mərtəbələrinə elektrik verilişi bərpa ediləcək.
Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq. Primeinfo.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb . Bildirilib ki, təmir işləri ilə əlaqədar 12.12.2025-ci il saat 10:00-dan etibarən Yasamal rayonu, M.Şərifzadə, A.Abbasov, X.Mustafayev, H.Zərdabi, X.Dadaşov, V.Əliyev, Z.Kərimov, N.Hikmət, 7,8,9-cu Sallaqxana küçələrinin və Xətai rayonu, Ağ şəhər ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı ödəniləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Bildirilib ki, yanğından sonra sakinlərə müəyyən yardımların edilməsi ilə əlaqədar olaraq müvafiq qurumlara RİH tərəfindən müraciətlər ünvanlanıb: “Nazirlər Kabineti tərəfindən zərərçəkən vətəndaşlara kirayə haqqı ödəniləcək.
Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə 28.11.2025-ci il saat 10:00-dan etibarən Suraxanı və Yasamal rayonlarında bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.