Noyabrın 21-də Bakının Yasamal rayonunda baş verən yanğında həlak olan 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov sosial şəbəkə hesablarında paylaşım edib. Primeinfo.az xəbər verir ki, o, qızı ilə birlikdə olan şəklini paylaşaraq, yazıb: “Balam, sən göylərə qovuşdun. Mən isə bu dünyada sənin həsrətinlə nəfəs almağa davam edəcəyəm.
Yasamalda baş vermiş yanğında ağır xəsarət alan Ləman Qulamovanın vəziyyətində irəliləyiş var. Primeinfo.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesablarında yazıblar. “Dəyərlimiz Könül Vəlibəylinin qızı Ləman Qulamovanın Yeni Klinikada müalicəsi davam edir.
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında noyabrın 21-də baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Noyabrın 21-i Yasamaldakı yanğında həlak olan binanın sakini və komendantı Samir Məhəmmədovun səs yazısı yayılıb. Primeinfo.az xəbər verir ki, o, hadisədən bir müddət öncə, noyabrın 11-i Bakupost.az -a müraciət edibmiş. Sözügedən səs yazısında S.Məhəmmədov zirzəminin qanunsuz satıldığını və həmin sahədə “Loft” restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini söyləyib.
Dünən Yasamalda baş verən güclü yanğın zamanı həlak olanlardan biri də Samir Kamal oğlu Məmmədovdur. Primeinfo.az “Sumqayit24.az”a istinadən xəbər verir ki, o, bu gün Köhnə Saray qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, mərhumun ailəsi də hazırda reanimasiyadadır.
Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli dəfn edilib. Primeinfo.az xəbər verir ki, bu barədə şair Nazilə Səfərli sosial media hesabında paylaşım edib. “Özü kirayədə qalıb, amma yaşlı üç qadını himayəsinə götürmüşdü.
Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib.
Ötən gün Binəqədidə faciəli şəkildə həyatını itirən dörd ofisiantdan biri – Cavidan Muradlının cənazəsi doğulduğu Tərtər rayonuna aparılıb. Primeinfo.az xəbər verir ki, 27 yaşlı gənc Tərtər şəhər qəbiristanlığında dəfn edilib. Ailəsi və yaxınları C.Muradlını son mənzilə bəy maşını kimi bəzədilən avtomobildə yola salıblar.
Xəbər verdiyimiz kimi, Yasamalda 3 nəfərin həlak olduğu yanğına görə sakinlər “LOFT” restoranını ittiham edirlər. Primeinfo.az Milli.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı restoranla əlaqə saxlanılıb, amma “LOFT” restoranının rəhbərliyi Yasamal rayonunda baş verən yanğınla bağlı ittihamları rədd edib. Bildirilib ki, yanğın restoranın daxilində deyil, binada baş verib: “Əgər yanğın restoranda baş versəydi, obyektin hər hansısa hissəsi zərər görə bilərdi.
Bakıda noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında baş verən yanğında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb.