
Bilgəhdə dənizdə batan şəxslərin kimliyi məlum olub.
Primeinfo.az-ın xəbərinə görə, Bilgəh qəsəbəsinin dəniz çimərliyində Qusar rayon sakini 2008-ci il təvəllüdlü Elmin Elmar oğlu Əmirəliyev və Bərdə rayon sakini 2008-ci il təvəllüdlü Əlipaşa Natiq oğlu Əlizadə suda boğulub.
Onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
Xatırladaq ki, sentyabrın 19-da Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilib.