
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda törədilən terror aktında çoxsaylı insan ölümü ilə bağlı bu ölkəyə başsağlığı verib.
Primeinfo.az xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub.
“Pakistanın Xayber-Paxtunxva əyalətinin Kohat şəhərində məscid və polis binası kompleksini hədəf alan terror hücumunu qətiyyətlə pisləyirik.
Pakistan hökumətinə və qardaş Pakistan xalqına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik.
Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, sentyabrın 18-də Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığında törədilən terror aktı nəticəsində 31 nəfər ölüb.