Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: xəbərdarlıq

Zelenskidən Rusiyanın dəhşətli hücum statistikası: "Cavabsız qalmayacaq!"

Zelenskidən Rusiyanın dəhşətli hücum statistikası: "Cavabsız qalmayacaq!"

Kiyev vilayətinin Mila kəndində Rusiyanın endirdiyi zərbə və ardından baş verən güclü detonasiya (partlayış) nəticəsində həlak olanların sayısı 38 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb. Dövlət başçısının sözlərinə görə, ərazidə yanğınların böyük hissəsi söndürülsə də, fəlakət zonası hələ də partlamamış sursatlarla ciddi şəkildə çirklənmiş vəziyyətdə qalmaqdadır. 

​İran Vaşinqtona xəbərdarlıq etdi: Sanksiyalara sərt cavab veriləcək

​İran Vaşinqtona xəbərdarlıq etdi: Sanksiyalara sərt cavab veriləcək

İran Silahlı Qüvvələri ABŞ-ın tətbiq etməyə hazırlaşdığı yeni iqtisadi və siyasi sanksiyalara qarşı sert cavab tədbirləri görəcəyini bəyan edib. Primeinfo.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdollahi xəbərdarlıq edib. “İran Silahlı Qüvvələrinin quruda, dənizdə, havada, hava hücumundan müdafiə və kiberməkan sahələrindəki yüksək döyüş hazırlığı sayəsində düşmən tərəfindən gələn hər bir yeni təhdidə əzici, cəzalandırıcı və məhvedici cavab veriləcəkdir”, – deyə İran general-mayoru vurğulayıb.

Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib

Əraqçi Türkiyə və Pakistana ABŞ hücumları barədə xəbərdarlıq edib

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan və Pakistan Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Asim Munirlə telefon danışığı aparıb. Primeinfo.az xəbər verir ki, söhbət zamanı son regional hadisələr, eləcə də regionda gərginliyin və qeyri-sabitliyin artma riski müzakirə edilib. Əraqçi Amerika ordusu tərəfindən atıla biləcək addımlar barədə xəbərdarlıq edib və İranın milli suverenliyi, ərazi bütövlüyünü və təhlükəsizliyini müdafiə etməyə, eləcə də istənilən təxribata qətiyyətlə cavab verməyə tam hazır olduğunu vurğulayıb.

​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq

​​​​​​​İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai ABŞ və İsrailə sərt xəbərdarlıq edib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Rezainin sözlərinə görə, bəzi qüvvələr bazarların iki gün bağlı olmasından istifadə edərək İrana sürətli və dağıdıcı zərbə endirib Tehranı təslim olmağa məcbur edə biləcəklərini düşünürlər.

ABŞ Yaxın Şərqdəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

ABŞ Yaxın Şərqdəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

ABŞ-ın İordaniyadakı səfirliyi Yaxın Şərqdə yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edərək onları yüksək ayıqlıq nümayiş etdirməyə çağırıb. Primeinfo.az  xəbər verir ki, səfirliyin “X” səhifəsində yaydığı məlumatda ABŞ vətəndaşlarına ehtiyatlı olmağı, uçuşların ləğvi və hava məkanının vaxtaşırı bağlanması ehtimalına hazır olmalarını tövsiyə edilib. “ABŞ vətəndaşları ayıq-sayıq olmalıdır.

Əraqçi: Zelenskinin İran gəmisinə hücumu cavabsız qalmayacaq

Əraqçi: Zelenskinin İran gəmisinə hücumu cavabsız qalmayacaq

Ukrayna Prezidenti Volodimir Zelenski İranın ticarət gəmisinə hücum edərək bir dənizçinin ölümünə səbəb olub. Primeinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb. O bildirib ki, bu addım BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və İsrailin Avropanı münaqişəyə cəlb etmək cəhdinə xidmət edir.