
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb.
Primeinfo.az xəbər verir ki , ölkənin Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması üzrə Milli İdarəsi (NDMA) bu barədə “X” sosial şəbəkəsində bildirib.
“734 meyit tapılıb”, – idarənin hesabatında deyilir.
Daha əvvəl 675 nəfərin öldüyü xəbər verilib.
Bundan əlavə, xilasedicilər 227 xarici vətəndaş da daxil olmaqla, təxminən 8 200 nəfəri təxliyə edə biliblər.
Həmçinin təxminən 580 xarici vətəndaş da daxil olmaqla, təxminən 2 500 nəfər itkin düşüb. Xilasetmə işlərində təhlükəsizlik xidmətinin 19 800-dən çox işçisi iştirak edir.