Xəbər axtarın

Son axtarış nəticələri:

Yeni daimi nümayəndənin etimadnaməsi UNESCO-nun baş direktoruna təqdim edilib

28.08.2026 16:07

Yeni daimi nümayəndənin etimadnaməsi UNESCO-nun baş direktoruna təqdim edilib

Azərbaycanın UNESCO yanında yeni daimi nümayəndəsi Fəxrəddin İsmayılov etimadnaməsini təşkilatın baş direktoru Xalid əl-Ənaniyə təqdim edib.

Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.

Fəxrəddin İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi kimi vəzifəsinin icrasına başladığını qeyd edib.

Qeyd edək ki, Fəxrəddin İsmayılov bu il avqustun 6-da Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Paylaş: