Xəbər axtarın

Son axtarış nəticələri:

Qaradağda 4 mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb

26.08.2026 15:35

Qaradağda 4 mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb

Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində ölkə ərazisinə gömrük qaydaları pozulmaqla gətirilən qəlyan tütünləri aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Primeinfo.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Belə ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən anbarda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan, ümumilikdə 4263 ədəd qəlyan tütünü aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: