Xəbər axtarın

Son axtarış nəticələri:

XİN: “Nepalda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat yoxdur”

27.08.2026 13:10

XİN: “Nepalda ölən və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat yoxdur”

Nepal-Çin sərhədində baş verən daşqınlarda ölən, yaralanan və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə bir məlumat daxil olmayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, Nepalda baş verən güclü sel nəticəsində ölənlərin sayı 150-ni ötüb, 570-dən çox insan itkin düşüb. Ümumilikdə, itkin düşənlərin siyahısında 579 nəfər var. Belə ki, 28 ölkədən 466 əcnəbi və 113 Nepal vətəndaşı itkin düşüb.

Paylaş: