Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-İran

Azərbaycanın İrandakı diplomatik nümayəndəlikləri ilə bağlı QƏRAR

Azərbaycanın İrandakı diplomatik nümayəndəlikləri ilə bağlı QƏRAR

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”na 6 nömrəli əlavə – “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı”na İran İslam Respublikasındakı diplomatik nümayəndəliklər və konsulluqlar əlavə olunub.

Məsud Pezeşkianın qızı Mehriban Əliyevaya təbrik ünvanlayıb

Məsud Pezeşkianın qızı Mehriban Əliyevaya təbrik ünvanlayıb

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Dəyərli və mehriban bacım. Böyük ehtiram və sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Pezeşkiandan Azərbaycanla bağlı TAPŞIRIQ

Pezeşkiandan Azərbaycanla bağlı TAPŞIRIQ

İranın Ərdəbil valisi Məsud İmami Azərbaycan sərhədində gömrük rəsmiləri ilə görüşüb. Primeinfo.az xəbər verir ki, “Mehr” Agentliyinin məlumatına görə, görüşdə iki ölkə arasında ticarətin inkişafı üçün gömrük əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanıb. Azərbaycan rəsmilərilə görüşdə tərəflər sərhəd-keçid məntəqələrində prosedurların sürətləndirilməsi, keçidlərin asanlaşdırılması və iqtisadi əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 7 kiloqram 698 qram narkotik vasitə və 790 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 7 kiloqram 368 qram, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində isə 330 qram narotik vasitə marixuana və 790 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

İran səfiri: Azərbaycanla qarşılıqlı münasibətlər həmişə dostluq əsasında olub

İranın Azərbaycandakı səfiri Azərbaycanlı investorların kənd təsərrüfatı sahəsinə marağına toxunaraq, dəmir yolu yük terminalını tərəflər arasında tranzit və iqtisadi əməkdaşlıq üçün zəruri sayıb və onun yaradılması istiqamətində iş aparıldığını bildirib. Primeinfo.az xəbər verir ki,İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Ərdəbilin valisi Məsud İmami Yegane ilə görüşündə hər iki ölkə investorlarının müxtəlif sahələrə, xüsusilə kənd təsərrüfatına sərmayə yatırmağa maraqlı olduğunu bildirib. O qeyd edib ki, bu çərçivədə dəmir yolu yük terminalının yaradılması məsələsi Bakıda izlənəcək.

"Azərbaycan İranın yanında olub" - Məhəmməd Baqir Qalibaf

"Azərbaycan İranın yanında olub" - Məhəmməd Baqir Qalibaf

Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olub. Bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf iyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Primeinfo.az-a verilən xəbərə görə, Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 13 kiloqram 956 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.