Azərbaycan-Gürcüstan sərhədində həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində hər iki istiqamət üzrə nəqliyyat vasitələrinin sıxlığı aradan qalxıb, növbələr minimuma enib. Bu barədə Primeinfo.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Hazırda Azərbaycandan çıxış istiqamətində “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində 330, “Mazımqara” dövlət sərhədindən buraxılış məntəqəsində isə 56 nəqliyyat vasitəsi növbə gözləyir.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən qəlyan tütünləri aşkar edilib. Bu barədə Primeinfo.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Məlumata görə, gömrük nəzarəti tədbirləri çərçivəsində Bağdad-Bakı aviareysi ilə gələn sərnişinlərin Hava Limanının ərazisində dayanan minik avtomobilinə müxtəlif bağlamalar qoyaraq ərazini tərk etdikləri müəyyən edilib.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən dərman vasitələri aşkar edilib. Bu barədə Primeinfo.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci Terminalının ərazisində xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq ölkə ərazisinə gətirilən bağlamaları onlardan qəbul edən şəxs saxlanılıb, onun əlindəki paketlərə və idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 172 milyon 264.47 min ABŞ dolları dəyərində pambıq ixrac edib. Primeinfo.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31,4% çoxdur. Hesabat dövründə ölkəyə idxal olunan pambığın dəyəri isə 6 milyon 39.37 min ABŞ dolları olub.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük orqanına bəyan edilməyən 17 ədəd mobil telefon, xeyli sayda mobil telefon ehtiyat hissələri və aksesuarları aşkar edilib. Primeinfo.az bu barədə Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının çamadanına gömrük yoxlaması tətbiq edilib.
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Primeinfo.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. Belə ki, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “bibər” yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya “qarışıq ərzaq” yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb. İdarədən Primeinfo.az-a bildirilib ki, nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən külli miqdarda – 4 kiloqram 500 qram narkotik vasitə – tiryək aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğləri və təyin edilmə qaydası hazırlanacaq. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb. Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğləri və təyin edilmə qaydası barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
İki ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusifova cinayət işi açılıb.
AzTV-də narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə həsr olunan “Qara kabus” adlı yeni filmi yayımlanıb.