
Türkiyədə “Baykar” şirkəti tərəfindən hazırlanmış yeni “Bayraktar Kalkan” pilotsuz uçuş aparatının (PUA) silahlanmaya qəbul edilməsi ilə bağlı mərasim keçirilib.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, “Bayraktar Kalkan” şaquli uçuş və eniş imkanına malik pilotsuz uçuş aparatıdır. PUA-nın əməliyyat məsafəsi 500 kilometrə, rabitə məsafəsi isə 70 kilometrdən çoxa çatır. Aparatın maksimal uçuş çəkisi 78 kiloqram, faydalı yükünün çəkisi isə 3 kiloqramdır. Şaquli uçuş və eniş imkanına görə “Bayraktar Kalkan” ənənəvi uçuş-enmə zolağına ehtiyac duymur. Bu xüsusiyyət PUA-nın məhdud ölçülü ərazilərdən də istifadəsinə imkan verir. Məlumata görə, aparat 6 saata qədər havada qala bilir. Onun əməliyyat hündürlüyü 6 min fut, praktiki uçuş tavanı isə 10 min fut təşkil edir. PUA-nın qanad açıqlığı isə 5 metrdir.