Xəbər axtarın

Son axtarış nəticələri:

İrandan Britaniyaya gedən maşında 4,5 kq tiryək aşkarlanıb - FOTO - VİDEO

05.08.2026 13:39

İrandan Britaniyaya gedən maşında 4,5 kq tiryək aşkarlanıb - FOTO - VİDEO

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya “qarışıq ərzaq” yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb.

İdarədən Primeinfo.az-a bildirilib ki, nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən külli miqdarda – 4 kiloqram 500 qram narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Paylaş: