
“Azərbaycan və Özbəkistan arasındakı isti münasibətlərdən Rusiya narahatdır. Eyni zamanda onların narahatlığı üçün əsas da var. Çünki türk dünyasının birləşməsi, Azərbaycan və qardaş Türkiyənin Türküstanda mövqelərinin güclənməsi digərlərinin mövqelərinin zəifləməsi deməkdir. Ona görə də Özbəkistanda baş verən hadisələri “böyüdücü” ilə izləyirlər.”
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Natiq Miri Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Bu müqavilə Azərbaycan-Özbəkistan münasibətlərinin dostluqdan daha yüksək səviyyəyə qalxdığını göstərir. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm əsas yaranır. Xüsusilə türk dövlətləri arasında həmrəyliyin artması baxımından bu sənəd mühüm əhəmiyyət daşıyır.
Davamı “Qırmızı masa”da: