Təbii ki, Özbəkistana hər dəfə səfər edəndə artıq bir çox yerləri gəzmişəm, Daşkəndin necə gözəlləşdiyini, binaların, küçələrin və infrastrukturun necə yeni görkəm aldığını, bütün bu işlərin necə böyük zövqlə, böyük sevgi ilə və yüksək keyfiyyətlə görüldüyünün şahidi olmuşam.
Azərbaycan və Özbəkistan prezidentləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetini ziyarət ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda “Yeni Daşkənd” layihəsi ilə tanış olub. Bu barədə Primeinfo.az xəbər verir. [video width="576" height="1024" mp4="https://cdn.primeinfo.az/2026/08/VID-20260823-WA0076.mp4"][/video]
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Primeinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı yüksək səviyyədə əldə olunmuş bütün razılaşmaların ardıcıl icrası vurğulanıb, həmçinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub.
Qızıl satışı adı ilə Azərbaycan vətəndaşlarına qarşı yarım milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı Guzal Mamatovanın cinayət işi məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasan, təqsirləndirilən Guzal Mamatova 6 il 6 ay il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanın Özbəkistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov etimadnaməsinin surətini Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidova təqdim edib. Primeinfo.az xəbər verir ki, bu barədə Özbəkistan XİN-in “X” hesabında bildirilib Qeyd edilib ki, görüş zamanı siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanmasına, ticarət, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, həmçinin nəqliyyat və logistika sahələrində birgə layihələrin irəlilədilməsinə xüsusi diqqət yetirilib. [gallery ids="93999,94000,94001"]
İyulun 24-də Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Özbəkistana təyin edilən Rəşad Məmmədov bununla bağlı açıqlama yayıb.
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib. Baş Prokurorluğun Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Özbəkistan Respublikasının vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmalarına dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
23–26 iyun tarixlərində Özbəkistan Respublikasının Namanqan şəhərində UNESCO, ICESCO, TÜRKSOY və Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən III Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində beynəlxalq müsabiqə keçirilib. Primeinfo.az xəbər verir ki, müsabiqədə Özbəkistandan Abduxoşim İsmayılov, Küveytdən Amer Cafar, Serbiyadan Edi Taym, Türkiyədən Feryal Basel Tuzun, Fransadan Marqaret Deşeno və Kanadadan Saşar Zərifin təmsil olunduğu Beynəlxalq Münsiflər Heyətinə Azərbaycanı təmsil edən Azərbaycan Milli Konservatoriyasının Muğam (xanəndə) kafedrasının müdiri, Azərbaycanın Xalq artisti, “Şərəf” və “Şöhrət” ordenli Mənsum İbrahimov sədrlik edib. Festivalın açılış mərasimində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış nitqi ilə çıxış edib.