Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Özbəkistan

Nəmənqanda festival var - FOTO

Nəmənqanda festival var - FOTO

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin himayəsi ilə təşkil olunan III Beynəlxalq Məqam Sənəti Festivalının açılış mərasimində iştirak etdik. Türk dünyasının ortaq mədəni irsinin qorunub saxlanmasına və gələcək nəsillərə çatdırılmasına kömək edən bu tədbirin təşkilatçılığında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”. Primeinfo.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib.

Özbəkistanda III Beynəlxalq Məqam Sənəti Forumunun açılışı olub - FOTO

Özbəkistanda III Beynəlxalq Məqam Sənəti Forumunun açılışı olub - FOTO

Özbəkistan Respublikasının Namanqan şəhərində UNESCO və ICESCO-nun himayəsi altında təşkil olunan III Beynəlxalq Məqam Sənəti Forumunun təntənəli açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Bu barədə Primeinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Əli Əsədov Özbəkistana gedib - FOTO

Əli Əsədov Özbəkistana gedib - FOTO

Bu gün Baş nazir Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistan Respublikasına işgüzar səfər edib. Bu barədə Primeinfo.az-a Nazirlər Kabinetindən xəbər verilib. Daşkənd-Humo Beynəlxalq Hava Limanında Ə.Əsədovu Özbəkistan Respublikası Baş nazirinin müavini Açilbay Ramatov və digər rəsmi şəxslər qarşıladılar.

Sahibə Qafarova Özbəkistanda - FOTO

Sahibə Qafarova Özbəkistanda - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti II Asiya Qadınlar Forumuna qatılmaq məqsədilə Özbəkistanda səfərdədir. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Buxara şəhərinin beynəlxalq hava limanında Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının üzvü Gülnara Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Kəmaləddin Heydərov Özbəkistanda  olub - VİDEO - FOTO

Kəmaləddin Heydərov Özbəkistanda  olub - VİDEO - FOTO

Aprelin 29-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub. FHN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, səfərin məqsədi “Zəlzələ Qurbanlarının Beynəlxalq Anım Günü”nə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etməkdir. Əvvəlcə, nümayəndə heyəti Daşkənd şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Azərbaycan, Özbəkistan və Gürcüstan Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığı müzakirə edib - FOTO

Azərbaycan, Özbəkistan və Gürcüstan Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığı müzakirə edib - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov 9 fevralda Daşkənd şəhərində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb. Primeinfo.az-a ADY-dən verilən məlumata görə, görüşdə qarşılıqlı maraq doğuran məsələlər, üç ölkə arasında dəmir yolu sahəsində iş birliyi, o cümlədən Orta Dəhlizlə Mərkəzi Asiyadan Avropa istiqamətində yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Həmçinin bu dəhlizlə yükdaşımaların daha da artırılması və yeni yüklərin cəlb olunması məqsədilə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

“Qarabağ” Özbəkistan “Neftçi”sinə 5 qol vurdu

“Qarabağ” Özbəkistan “Neftçi”sinə 5 qol vurdu

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununda qələbə qazanıb. Primeinfo.az xəbər verir ki, “Gloria Sports Arena”da Özbəkistanın “Neftçi” (Fərqanə) komandası ilə qarşılaşan “köhlən atlar” oyunu 5:0 hesablı qələbə ilə başa vurublar. “Qarabağ”ın heyətində Marko Yankoviç (3, 29), Leandro Andrade (8), Joni Montiel (10) və Nəriman Axundzadə (71) fərqləniblər.

Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək

Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək

Özbəkistan kosmosa süni peyk və ilk kosmonavtını göndərməyi planlaşdırır. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib. “Özbəkistanın müstəqillik tarixində ilk dəfə olaraq kosmosa süni peykin və ölkəmizin vətəndaşı olan ilk özbək kosmonavtının buraxılması üzrə işlərə başlamışıq”, – deyə o əlavə edib.