Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Özbəkistan

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri təşkil olunacaq

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri təşkil olunacaq

  Azərbaycanda 13-20 dekabr tarixlərində Özbəkistan Mədəniyyəti Günləri keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Mədəniyyət Nazirliyinin məlumatında deyilir. “Mədəniyyət günləri çərçivəsində 13-20 dekabr tarixlərində Bakıda və Füzulidə incəsənət ustalarının iştirakı ilə konsert proqramlarının, həmçinin “Yeni Özbəkistan” adlı fotosərginin təşkil olunması planlaşdırılır”, – məlumatda bildirilir.

Leyla Əliyeva Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb - FOTO

Leyla Əliyeva Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda keçirilən “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusundakı beynəlxalq konfrans çərçivəsində dekabrın 10-da Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüş zamanı Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər, o cümlədən Heydər Əliyev Fondu ilə Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun birgə əməkdaşlığının iki dövlətin yüksəksəviyyəli əlaqələrinə verdiyi töhfə vurğulanıb. Türkmənistanda keçirilən beynəlxalq konfransın qadınların siyasi və iqtisadi həyata fəal cəlb olunmaları, çoxtərəfli dialoqun və tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda - FOTO

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda - FOTO

Dekabrın 10-da Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfransda iştirak edib. Qonaqlar əvvəlcə Türkmənistanın zəngin mədəni irsini və bugünkü uğurlarını nümayiş etdirən sərgi ilə tanış olublar.

Dövlət Xidmətində Özbəkistandan gələn nümayəndələrlə görüş olub - FOTO

Dövlət Xidmətində Özbəkistandan gələn nümayəndələrlə görüş olub - FOTO

Azərbaycanda rəsmi səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ziyarət edib. Bu barədə Primeinfo.az-a Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən görüşdə qurumların rəhbər şəxsləri iştirak edib.

Bu ölkədə elektron siqaretlər qadağan edildi

Bu ölkədə elektron siqaretlər qadağan edildi

Özbəkistanda elektron siqaretlər tamamilə qadağan edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyindən məlumat verilib. Müvafiq qanunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıb.

Dövlət başçısı: "Şavkat Mirziyoyev Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verib"

Dövlət başçısı: "Şavkat Mirziyoyev Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verib"

Prezident Şavkat Mirziyoyev Özbəkistan-Azərbaycan münasibətlərinin inkişafına mühüm töhfələr verib. Primeinfo.az xəbər verir ki, bunu Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. “Qardaşım Preziden Şavkat Mirziyoyevin müdrik rəhbərliyi altında Özbəkistan inkişaf və yaradıcılıq yolu ilə inamla irəliləyir.

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTO

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub. Primeinfo.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə təsis edilən İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib.

İlham Əliyevin Özbəkistana səfərindən - VİDEO

İlham Əliyevin Özbəkistana səfərindən - VİDEO

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyayevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistanda səfərdədir. Primeinfo.az xəbər verir ki, İlham Əliyevin səfəri ilə bağlı videogörüntü paylaşılıb. Sözügedən videonu təqdim edirik: