
“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin himayəsi ilə təşkil olunan III Beynəlxalq Məqam Sənəti Festivalının açılış mərasimində iştirak etdik. Türk dünyasının ortaq mədəni irsinin qorunub saxlanmasına və gələcək nəsillərə çatdırılmasına kömək edən bu tədbirin təşkilatçılığında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib.
O, tədbirin türk dünyası üçün əhəmiyyətini qeyd edib:
“Ümidvaram ki, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığımız bundan sonra da möhkəmlənəcək”.
Xatırladaq ki, Özbəkistan Respublikasının Nəmənqan şəhərində UNESCO və ICESCO-nun himayəsi altında təşkil olunan III Beynəlxalq Məqam Sənəti Forumunun təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
