Xəbər axtarın

Son axtarış nəticələri:

Sahibə Qafarova Özbəkistanda - FOTO

14.05.2026 10:30

Sahibə Qafarova Özbəkistanda - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti II Asiya Qadınlar Forumuna qatılmaq məqsədilə Özbəkistanda səfərdədir.

Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Buxara şəhərinin beynəlxalq hava limanında Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının üzvü Gülnara Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədrinin səfər çərçivəsində Asiya Qadınlar Forumunun rəsmi açılış mərasimində çıxışı, həmçinin bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

Sahibə Qafarova Özbəkistanda - FOTO

Paylaş: