Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surəti qəbul edilib - FOTO

27.07.2026 15:40

Azərbaycanın Özbəkistandakı səfirinin etimadnaməsinin surəti qəbul edilib - FOTO

Azərbaycanın Özbəkistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov etimadnaməsinin surətini Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidova təqdim edib.

Primeinfo.az xəbər verir ki, bu barədə Özbəkistan XİN-in “X” hesabında bildirilib

 

 

Qeyd edilib ki, görüş zamanı siyasi dialoqun yüksək dinamikasının qorunub saxlanmasına, ticarət, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə, həmçinin nəqliyyat və logistika sahələrində birgə layihələrin irəlilədilməsinə xüsusi diqqət yetirilib.
Paylaş: