Xəbər axtarın

Son axtarış nəticələri:

Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər

07.08.2026 20:46

Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Primeinfo.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı yüksək səviyyədə əldə olunmuş bütün razılaşmaların ardıcıl icrası vurğulanıb, həmçinin strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişaf perspektivləri müzakirə olunub.

Tramp Özbəkistan-ABŞ münasibətlərinin “misli görünməmiş səviyyəyə” çatdığını qeyd edib.

Liderlər iki ölkə arasında iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi, regionlararası əməkdaşlığın genişləndirilməsi, eləcə də mülki aviasiya, avtomobil sənayesi, dağ-mədən sənayesi, energetika, metallurgiya, rəqəmsal texnologiyalar və digər sahələrdə birgə layihələri müzakirə ediblər.

Söhbət zamanı Mirziyoyev ABŞ Prezidentini ölkəsinin 250 illik müstəqillik yubileyi münasibətilə bir daha təbrik edib.

Paylaş: