Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərinin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmış cinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.
İrandan Azərbaycana 24 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin yaydığı birgə məlumatda bildirilib. Vurğulanıb ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 24 kiloqram 115 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb.
Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində həbs olunub.
Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi və daha bir neçə nəfər qaçaqmalçılıq və digər ittihamlarla həbs olunub.
İranla Azərbaycan arasında dərman və tütün qaçaqmalçılığına şərait yaradan vəzifəli şəxslər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb. Qeyd olunub ki, istintaqla Dövlət Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Etibar Hatəmli və İran vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə aralarındakı razılaşmaya uyğun sonuncunun İrandan əldə etdiyi ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrini və aksiz markasız tütün məmulatlarını gömrük nəzarətindən kənar keçirib Azərbaycan ərazisində aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.