Xəbər axtarın

Son axtarış nəticələri:

Həyətində narkotik yetişdirən şəxs SAXLANILDI

25.08.2026 15:38

Həyətində narkotik yetişdirən şəxs SAXLANILDI

Astarada narkotik tərkibli bitkilər yetişdirən 51 yaşlı şəxs saxlanılıb.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.

Tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 51 yaşlı Gündüz Tağıyev saxlanılıb.

Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 46 ədəd narkotik tərkibli bitki aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş: