Xəbər axtarın

Son axtarış nəticələri:

Polad Bülbüloğlundan evlilik xəbərlərinə CAVAB

26.08.2026 15:10

Polad Bülbüloğlundan evlilik xəbərlərinə CAVAB

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu üçüncü dəfə ailə həyatı qurması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Primeinfo.az xəbər verir ki, Polad Bülbüloğlu “Novoye Vremya” qəzetinə açıqlamasında bu barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib.

Hazırda Türkiyədə istirahətdə olduğunu bildirən sənətçi həyat yoldaşı Gülnarə Şıxəliyevadan boşanmadığını və yenidən evlənmədiyini vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mediada 81 yaşlı Polad Bülbüloğlunun 48 yaşlı Əməkdar artist, rəqqasə Eteri Cəfərova ilə ailə həyatı qurduğu barədə məlumat yayılıb.

Paylaş: