Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) çərçivəsində fəaliyyət və öhdəliklər aydın olmalıdır. Primeinfo.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib. Özbəkistan lideri vurğulayıb ki, Asiyada etimad infrastrukturu yaradılmalıdır və buna misal kimi AQEM çərçivəsində iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğunu deyib.
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında görkəmli aktrisa, Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyinə həsr olunan “Qaynana” tamaşası nümayiş etdirilib. Mərkəzdən Primeinfo.az-a bildirilib ki, tamaşa Muqimiy adına Özbəkistan Dövlət Akademik Musiqili Teatrında təqdim olunub. Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan teatr sənətinin Özbəkistanda təbliği istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gələn ay Azərbaycana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Özbəkistan Prezidentinin Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşündə deyib. Dövlət başçısı Şavkat Mirziyoyevə salamlarını və xoş arzularını çatdırmasını xahiş edib.
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov Özbəkistanın ədliyyə naziri Akbar Toşqulov ilə iki ölkə arasında ədliyyə sahəsində əlaqələrin inkişafını müzakirə edib. Primeinfo.az xəbər verir ki, səfir bu barədə “X” sosial media hesabında paylaşıb. Bildirilib ki, görüşdə həmçinin Azərbaycan və Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər barədə də danışılıb.
Azərbaycan Prezidenti İlham Əliyev özbək həmkarı Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 1-də qeyd olunan ölkənin müstəqilliyinin …
Mən müşahidə edirəm ki, Özbəkistanın yeni rəhbərliyi Azərbaycanla can bir, qəlb bir olmağa çalışırlar
Eyni zamanda onların narahatlığı üçün əsas da var. Çünki türk dünyasının birləşməsi, Azərbaycan və qardaş Türkiyənin Türküstanda mövqelərinin güclənməsi digərlərinin mövqelərinin zəifləməsi deməkdir.
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb.