Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Qazaxıstan

Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər MÜBADİLƏ EDİLİB

Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər MÜBADİLƏ EDİLİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı üzrə əməkdaşlıq haqqında imzalanmış Sazişi mübadilə ediblər. Primeinfo.az xəbər verir ki, bu, prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin onlayn formatda rəsmi açılışında reallaşıb.   Həmçinin AZCON şirkətinin Müşahidə Şurasının sədri qismində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Samruk-Kazına” Səhmdar Cəmiyyətinin (SC) İdarə Heyətinin sədri Nurlan Jakupov AZCON holdinq ilə “Samruk-Kazına” SC arasında iki quru yük gəmisinin əldə olunmasının təsdiqi haqqında sertifikatı mübadilə ediblər.

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - FOTO

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - FOTO

  Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrəti Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tərəfindən hazırlanmış “Mavi günbəzin sirri” adlı beynəlxalq sərginin açılışı olub. Primeinfo.az xəbər verir ki, sərgi Azərbaycanın Mədəniyyət Nazirliyinin, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə mədəni-humanitar əməkdaşlığın inkişafı və türk xalqlarının ortaq irsinin təbliği məqsədilə təşkil edilib. Tədbirdə çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı bildirib ki, sərgi zəngin tarixi keçmişimizə nəzər salmağa, ortaq mədəni irsimizin dəyərli nümunələri ilə yaxından tanış olmağa imkan yaradır.

Tarix Muzeyində "Mavi Günbəzin sirri" beynəlxalq sərgisi açılacaq

Tarix Muzeyində "Mavi Günbəzin sirri" beynəlxalq sərgisi açılacaq

30 sentyabrda Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Əzrət Sultan” Milli Tarixi-Mədəni Muzey-Qoruğu tərəfindən hazırlanmış “Mavi Günbəzin Sirri” adlı beynəlxalq sərgi açılacaq. Primeinfo.az xəbər verir ki, sərgi Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə mədəni-humanitar əməkdaşlığın inkişafı və türk xalqlarının ortaq irsinin təbliği çərçivəsində keçirilir. Layihə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Hoca Əhməd Yasəvi irsinin Qazaxıstanda və xaricdə öyrənilməsi, qorunması və geniş şəkildə təbliğinə dair tapşırıqlarının icrası istiqamətində həyata keçirilən sistemli işlərin davamıdır.

Özbəkistan və Qazaxıstan prezidentləri Bakıya gələcək

Özbəkistan və Qazaxıstan prezidentləri Bakıya gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gələn ay Azərbaycana səfər edəcək. Primeinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Özbəkistan Prezidentinin Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovla görüşündə deyib. Dövlət başçısı Şavkat Mirziyoyevə salamlarını və xoş arzularını çatdırmasını xahiş edib.

Ceyhun Bayramov Qazaxıstan XİN ilə telefon danışığı aparıb

Ceyhun Bayramov Qazaxıstan XİN ilə telefon danışığı aparıb

4 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstan Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov Muxtar Tleuberdini xarici işlər naziri təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edib, ona uğurlar arzulayıb. Nazirlər arasında Azərbaycan ilə Qazaxıstan arasında strateji münasibətlərin cari gündəliyi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, habelə qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ölkənin yeni parlamenti – Qurultaya keçirilən ilk seçkilərin uğurla baş tutması münasibətilə təbrik məktubu ünvanlayıb.

Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb - FOTO

Bakıda Azərbaycan-Qazaxıstan hərbi mütəxəssisləri görüşüb - FOTO

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə qərargah danışıqları” keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə hər iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti, gələcək perspektivləri və bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qazaxıstan və Azərbaycanı birləşdirən fiber-optik xəttinin dəniz hissəsinin tikintisi bitib

Qazaxıstan və Azərbaycanı birləşdirən fiber-optik xəttinin dəniz hissəsinin tikintisi bitib

Qazaxıstanda Xəzər dənizinin dibi ilə çəkilən Transxəzər fiber-optik rabitə xəttinin (FOCL) dəniz hissəsinin tikintisi uğurla başa çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb. Məlumata görə, “Qazaxtelekom” və AzerTelecom International şirkətlərinin həyata keçirdiyi layihə çərçivəsində sualtı kabel Qazaxıstan sahillərinə çatdırılıb.