Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan-Qazaxıstan

Süni intellekt tətbiqi prezidentlərə belə məlumat verdi - VİDEO

Süni intellekt tətbiqi prezidentlərə belə məlumat verdi - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan və Qazaxıstan prezidentləri İlham Əliyevlə Kasım-Jomart Tokayev Astanada “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzində olublar. Primeinfo xəbər verir ki, həmin mərkəzdə süni intellekt tətbiqi Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi haqqında prezidentlərə məlumat verib. Qeyd edək ki, Prezident İlham Əliyev “Kazinform” agentliyinə müsahibəsində Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsinin əhəmiyyətli infrastruktur layihələrindən biri olduğunu bildirib .

Tokayev: "Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir"

Tokayev: "Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir"

“Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir”. Primeinfo.az xəbər verir ki, bu bəyanatla Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib: “Bizi ortaq tarixi köklər, zəngin mənəvi-mədəni irs, nəhayət uyğun mentalitet, hadisələrə, vəziyyətin inkişafına baxış birləşdirir. Bu sarsılmaz təməl üzərində çoxşaxəli əməkdaşlığımızı uğurla inkişaf etdiririk”.

İkinci iclas Astanada olacaq

İkinci iclas Astanada olacaq

Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək. Primeinfo.az  xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində deyib. İlk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bildirib: “Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”.