Xəbər axtarın

Son axtarış nəticələri:

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq: Kimi aparır?

15.10.2026 14:23

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq: Kimi aparır?

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq. Tacikistanın “Somon Air” aviaşirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsi ötən gün Düşənbədən Bakıya gəlib.

Primeinfo.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bunu “Flightradar24” saytının məlumatları göstərir.

“Tacikistan prezidenti, eləcə də bir sıra ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün ötən gün Bakıya səfər ediblər. Lakin “Boeing 737-8GJ” təyyarəsi Tacikistan prezidentinə xidmət göstərmir.

Ermənistan da eyni şəkildə rəsmi nümayəndə heyətlərini gözləyir, orada COP17 çərçivəsində liderlərin sammiti keçiriləcək”, – deyə KİV yazıb.

Paylaş: