Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun Nyu-Yorkda görüşü keçirilir. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Görüş BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində çərçivəsində keçirilir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun görüşü sentyabrın 23-də Nyu-Yorkda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Logvinov bildirib. Diplomat qeyd edib ki, Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Rubio ilə görüşü planlaşdırılıb.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Primeinfo.az-ın məlumatına görə, görüşdə ikitərəfli gündəliyin bir sıra cari məsələləri müzakirə olunub. Tərəflər, o cümlədən 2026-cı il iyulun 17-də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında keçirilmiş danışıqlar zamanı əldə olunan razılaşmaların həyata keçirilməsini, tamhüquqlu mədəni dialoqun bərpasını və humanitar məsələlərin həllini müzakirə ediblər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa İttifaqının (Aİ) Rusiyanın gəlirlərini məhdudlaşdırmaq üçün bəzi gəmiləri “kölgə donanması” elan etməsi təhlükəli yoldur. Primeinfo.az xəbər verir ki, Lavrov Aİ-nin Brüsselin məhdudiyyətlərinə tabe olmayan, hansı bayraq altında üzməsindən asılı olmayaraq gəmiləri “kölgə donanması” adlandırdığını deyib. Rusiya XİN rəhbərinin sözlərinə görə, Avropa İttifaqı Rusiyanın dünya bazarlarında gəlir əldə etmək imkanlarını məhdudlaşdırmaq üçün öz hüquq normalarını tətbiq etmək qərarına gəlib.
İyulun 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Manilada keçirilən ASEAN nazirlər tədbirləri çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
“Rusiya İranı silahla təmin etmir, bununla bağlı yayılan şayiələri eşitmək utancvericidir”. Primeinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlaması zamanı bildirib. Lavrov bildirib ki, Yaxın Şərqdə hərbi əməliyyatların davam etməsi nə ABŞ-nin, nə də İranın maraqlarına uyğundur: “Moskva da münaqişənin dayandırılmasının tərəfdarıdır”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Marko Rubio ilə görüşü iyulun 23-də Manilada keçiriləcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə “3+3” regional əməkdaşlıq platformasının inkişaf üçün böyük potensiala malik olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, Lavrov bu barədə azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında danışıb. “Biz kollektiv Qərb ölkələrinin Cənubi Qafqazdan geosiyasi qarşıdurma meydanı kimi istifadə etmək cəhdlərini müzakirə etdik.
Rusiya ilə Azərbaycan arasında hökumətlərarası əlaqələr, ilk növbədə ölkələrin Baş nazirlərinin rəhbərlik etdiyi Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq inkişaf edir, eləcə də parlamentlərarası dialoq fəallaşıb. Primeinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə danışıqların yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib. Rusiya xarici işlər naziri bildirib ki, iki ölkə arasında bütün səviyyələrdə xarici siyasət xətti üzrə də intensiv dialoq davam edir.
Rusiya Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi kommunikasiyaların açılması, eləcə də humanitar məsələlərin həllinə dəstək verməyə hazırdır. Primeinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə danışıqların yekunlarına dair keçirilən birgə mətbuat konfransında deyib. “Rusiya 2020 və 2022-ci illərdə ən yüksək səviyyədə əldə olunmuş üçtərəfli razılaşmalar əsasında Azərbaycan və Ermənistanın münasibətlərinin tam və hərtərəfli normallaşdırılmasına yönəlmiş səylərini ardıcıl şəkildə dəstəkləyir.