Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

23.09.2026 16:45

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlı məktubu ünvanlayıb.

Primeinfo.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Qardaşınız – görkəmli dövlət xadimi Şeyx Əhməd bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu əvəzsiz itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Paylaş: