
Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan iki gəncin – Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmrəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü olan Əlipaşa Əlizadənin meyitləri tapılıb.
Primeinfo.az “Unikal”a istinadən xəbər verir ki, onların hər ikisi tələbə idi və Milli Aviasiya Akademiyasında təhsil alırdılar.
Faciəli şəkildə həlak olan tələbələrin fotolarını təqdim edirik:
