
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Primeinfo.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 22-də Yasamal, Sabunçu və Xəzər rayonlarının elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində transformator məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Xaqan Dadaşov, İsmayıl Talıblı, Vasif Əliyev, Zahid Kərimov və Zaur Kərimov küçələrində, həmçinin Hüseyn Cavid və Mətbuat prospektlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Sabunçu RETSİ-nin xidmət ərazisində yerləşən Bakıxanov qəsəbəsinin Şərq və Ramiz Qəmbərov küçələrində yeni özünüdaşıyan izolyasiyalı naqillərin (ÖİN) çəkilməsi ilə əlaqədar saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Xəzər RETSİ ərazisində isə 6 kV-luq elektrik naqilləri yeniləri ilə əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində, Abşeron və İzmir küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.