Xəbər axtarın

Son axtarış nəticələri:

Tokioda qasırğa: 461 aviareys ləğv edildi

21.09.2026 11:47

Tokioda qasırğa: 461 aviareys ləğv edildi

Yaponiyanın paytaxtı Tokioya yaxınlaşan güclü “Dujuan” qasırğası səbəbindən Haneda və Narita hava limanlarında ən azı 461 aviareys ləğv edilib.

Primeinfo.az xəbər verir ki, Haneda hava limanında 280-dən çox daxili və 60-a yaxın beynəlxalq uçuş, Naritada isə əsasən beynəlxalq olmaqla 100-dən çox reys təxirə salınıb.

Qasırğanın bazar ertəsi günortadan sonra İzu yarımadasına, daha sonra isə Tokio ərazisinə yaxınlaşacağı gözlənilir. Sinoptiklər güclü yağış, daşqın və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq ediblər.

Bəzi ərazilərdə son iki gündə 410 millimetrdən çox yağıntı düşüb.

Paylaş: