Xəbər axtarın

Son axtarış nəticələri:

“Kahı” və “kərəviz”dən 79 kq narkotik çıxdı - FOTO

21.09.2026 12:47

“Kahı” və “kərəviz”dən 79 kq narkotik çıxdı - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

DGK-dən Primeinfo.az-a bildirilib ki, Astara gömrük postunda İrandan Rusiyaya “kahı” və “kərəviz” yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.

Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.

Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd “kərəviz” formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kiloqram 740 qram narkotik vasitə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

“Kahı” və “kərəviz”dən 79 kq narkotik çıxdı - FOTO “Kahı” və “kərəviz”dən 79 kq narkotik çıxdı - FOTO “Kahı” və “kərəviz”dən 79 kq narkotik çıxdı - FOTO

Paylaş: