
Qaxda yol qəzasında xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq vəfat edib.
Primeinfo.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qax-Qorağan avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “Ford” markalı yük avtomobili ilə “VAZ-21099” markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan 4 nəfər – Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan G.Cəfərova daha sonra xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
12:15
Qax-Qorağan avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Primeinfo.az xəbər verir ki, hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Qəza zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Həkimlərin verdiyi məlumata görə, G.Cəfərovanın vəziyyəti ağır olaraq qalır.
Qəza zamanı xəsarət alan şəxslərin Şəki rayon sakinləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
