Xəbər axtarın

Son axtarış nəticələri:

Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB

18.09.2026 21:39

Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB

Lənkəranda döyülərək ağır xəsarət alan 2010-cu il təvəllüdlü E. İbadovun vəziyyəti ağır qiymətləndirilir.

Primeinfo.az xəbər verir ki, bu barədə TƏBİB-in Modern.az-ın sorğusuna cavabına görə, 2010-cu il təvəllüdlü şəxs sentyabrın 17-də saat 23:30 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Pasiyentə dəqiqləşdirilməmiş qapalı kəllə-beyin travması, alının sağ payında yumşaq toxuma şişkinliyi və komatoz vəziyyət diaqnozları təyin edilib. TƏBİB-in məlumatına görə, yaralıya zəruri tibbi xidmətlər göstərilib və vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

“Pasiyent süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir”, – deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş: