Xəbər axtarın

Son axtarış nəticələri:

Cəlilabadda ağır yol qəzasında xəsarət alanlar evə buraxılıb - TƏBİB

07.08.2026 11:00

Cəlilabadda ağır yol qəzasında xəsarət alanlar evə buraxılıb - TƏBİB

Cəlilabad rayonunun Soltankənd-Zəhmətabad avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan dörd nəfər xəstəxanadan evə buraxılıb.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən onlar ambulator müalicə üçün evə buraxılıblar.

 

Paylaş: