Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ Ordusu Karib dənizində narkotik daşıdığı ehtimal olunan katerə zərbə endirib

20.09.2026 11:15

ABŞ Ordusu Karib dənizində narkotik daşıdığı ehtimal olunan katerə zərbə endirib

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı sentyabrın 19-da, şənbə günü, Karib dənizində “narkotiklərin qanunsuz daşınması üçün istifadə olunan marşrutlarla hərəkət edən” sürətli katerə zərbə endirilməsi barədə məlumat yayıb.

Primeinfo.az xəbər verir ki, katerdəki 4 nəfər ölüb.

Qeyd edilib ki, etibarlı kəşfiyyat məlumatları bu katerin narkotik qaçaqmalçılığı ilə əlaqəsini təsdiqləyib.

ABŞ Ordusunun katerə endirdiyi zərbənin görüntüsü “X” sosial şəbəkəsində yayımlanıb.

Qeyd edək ki, indiyə qədər ABŞ Ordusunun Karib dənizində narkotik daşıdığı ehtimal olunan gəmilərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 231 nəfərə çatıb. Bir ildən çoxdur davam edən kampaniya çərçivəsində bu cür 69 zərbə endirilib.

Paylaş: