Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı-Ələt-Astara magistralındakı açıq ərazidə yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

21.09.2026 19:59

Bakı-Ələt-Astara magistralındakı açıq ərazidə yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

***

18:28

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

17.22

Cəlilabadda quru otluq ərazidə yanğın başlayıb.

Primeinfo.az-ın verdiyi xəbərə görə, yanğın Ələt-Astara yolunun ətrafında qeydə alınıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Paylaş: