
Türkiyənin reytinqli seriallarından biri olan “Taşacak bu deniz”ə yeni simalar daxil olacaq.
Primeinfo.az xəbər verir ki, yeni mövsümdə izləyicələri qarşısına çıxmağa hazırlaşan ekran işində Ayla Baki, Buse Sinem İren və Ali Önsöz rol alacaq.
Adil, Esmə və Eleni illərlə ayrı qaldıqdan sonra yenidən bir araya gələrək ailə qurmağa çalışırlar. Lakin bu zaman mövcud nizamı sarsıdacaq yeni şəxslər ortaya çıxır. Gəlişləri ciddi qarşıdurmalara yol açacaq bu üç nəfərin kimliyi böyük maraq doğurur…
Qeyd edək ki, serialın baş rollarını Deniz Baysellə Ulaş Tuna Astepe canlandırır.
