Xəbər axtarın

Son axtarış nəticələri:

İlyas Topsakal: “Qarabağ Azərbaycanın qəlbində illər boyu qanayan bir yara idi” - VİDEO

05.11.2026 12:03

İlyas Topsakal: “Qarabağ Azərbaycanın qəlbində illər boyu qanayan bir yara idi” - VİDEO

“Qarabağ Azərbaycanın qəlbində illər boyu qanayan bir yara idi. Doğma yurdlarından didərgin salınan bir milyona yaxın azərbaycanlı qardaşımız illərlə vaqonlarda, müvəqqəti və yararsız evlərdə yaşamağa məcbur qaldı”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) genəl başqanının müavini, millət vəkili, tarix elmləri doktoru, professor İlyas Topsakal deyib.

O, ATƏT-in Minsk qrupunun, eləcə də, Birləşmiş Millətlər Təşkilatının bu ağrıya seyrçi qaldığını təəssüflə qeyd edib.

“Altı il əvvəl qəhrəman Azərbaycan Ordusu itirilmiş torpaqları geri qaytardı. Azərbaycanın acısı bizim acımız, qələbəsi isə bizim də ortaq qələbəmizdir”, – deyə İ.Topsakal vurğulayıb.

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Prof. Dr. İlyas Topsakal (@ilyastopsakal)

Paylaş: