
Cari ilin III rübündə London Qiymətli Metallar Bazarı Assosiasiyasının (LBMA) PM Gold Price fiksinqi (qlobal qızıl bazarında istinad qiyməti kimi istifadə olunan və günün ikinci yarısında müəyyən edilən rəsmi qızıl qiyməti) üzrə qızılın orta qiyməti bir troya unsiyası üçün 4 262 ABŞ dolları təşkil edib.
Primeinfo.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurasının (World Gold Council) hesabatında bildirilir.
“Bu, tarixdə qeydə alınan ən yüksək üç orta rüblük qiymət göstəricisindən biridir. Qiymət illik müqayisədə 23% artıb”, – hesabatda qeyd olunur.
Bildirilir ki, qızıl mədənlərində hasilat illik müqayisədə 3% artaraq 1 071 tona çatıb ki, bu da III rüblər üzrə rekord göstəricidir.