Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyadan Azərbaycana minatəmizləmə ilə bağlı TƏKLİF

04.11.2026 15:36

Rusiyadan Azərbaycana minatəmizləmə ilə bağlı TƏKLİF

Rusiya Fövqəladə Hallar Nazirliyi humanitar minatəmizləmə sahəsində Azərbaycana zəruri dəstək göstərməyə hazırdır.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıda Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşü zamanı bildirib.

Rusiya FHN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə tərəflər gələcək əməkdaşlıq məsələlərini, o cümlədən Rusiya mütəxəssislərinin Azərbaycanın təşkil etdiyi müvafiq tədbirlərdə iştirakını müzakirə ediblər.

Aleksandr Kurenkov vurğulayıb ki, Rusiya mütəxəssisləri müvafiq müraciətlər əsasında azərbaycanlı həmkarlarına yardım göstərməyə hazırdırlar.

Paylaş: