
2027-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə xərclərinin 319,2 milyon manat (2026-cı illə müqayisədə 19,8 % çox) olması proqnozlaşdırılır.
Primeinfo.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
Sənədə əsasən, xərclərin 268,9 milyon manatının (12,8 % çox) İSF-nin gəlirlərinin, 50,3 milyon manatının (79 % çox) isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur.