Xəbər axtarın

Son axtarış nəticələri:

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir TƏYİN OLUNUB

02.11.2026 16:34

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir TƏYİN OLUNUB

Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.

Primeinfo.az xəbər verir ki, bu barədə nazir Anar Əliyev əmr imzalayıb.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur, tibb üzrə fəlsəfə doktorudur. Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə, 2018-ci ilin noyabr ayından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib. Əmək fəaliyyətinin müxtəlif dövrlərində Beynəlxalq Qızıl Xaç Komitəsində və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda da çalışıb.

Paylaş: