Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib. Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatında 20-dən artıq ölkədən 400 nəfərdən çox iştirakçı gözlənilir.
Ötən gecə Ukrayna Rusiyanın ən böyük 5 neft emalı zavodu sırasında olan müəssisəyə zərbə endirib. Primeinfo.az xəbər verir ki,söhbət Rusiyanın Nijni Novqorod vilayətindəki Kstovo NEZ-dən gedir. Gecə yarısından zavodda hücum nəticəsində baş verən yanğının görüntüləri sosial mediada geniş yayılmağa başlayıb.
Hörmüz boğazından keçməyə çalışan iki tankerdə yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bununla bağlı SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilib ki, sözügedən tankerlər naviqasiya və GPS sistemlərini söndürüb, xəbərdarlıqlara baxmayaraq, tankerlər təhlükəli bölgəyə daxil olub və nəticədə insident baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Primeinfo.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Paytaxtın Xətai rayonunda, “NZS” ərazisində təkər tullamtıları yığılmış anbarda yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən Primeinfo.az-a bildirilib ki, hazırda yanğın baş vermiş əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Solneçnıy” ticarət-servis kompleksində baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində başlayıb.
Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb. Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. *** 18:28 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Ukraynanın Rusiya ərazisindəki mühüm obyektlərə hücumları davam edir. Primeinfo.az xəbər verir ki, ötən gecə Taqanroq dron hücumuna məruz qalıb bir neçə obyektdə yanğın başlayıb. Taqanroqda hücum hədəflərindən birinin yerli aerodrom olduğu bildirilir.
Bolqarıstanda “Emko” hərbi zavodunun anbarlarında yanğın və partlayışlar baş verib.