Bakının "Milyonerlər məhəlləsi"ndə baş verən yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB
Bakı şəhəri, Binəqədi rayonunda, “Milyonerlər məhəlləsi” adlanan ərazidəki köhnə fabrikdə yanğın başlayıb.
Bakı şəhəri, Binəqədi rayonunda, “Milyonerlər məhəlləsi” adlanan ərazidəki köhnə fabrikdə yanğın başlayıb.
2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 746 yanğın hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında qeyd edilib. Qeyd olunub ki, yanğın hadisələri zamanı 22 nəfər həlak olub, 71 nəfər xəsarət alıb.
Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiya ərazisində bir sıra mühüm hədəfləri vurub.
Ötən gün Ağsunun Ərəbmehdibəyli, Cəlilabadın Alar, Sabirabadın Nərimankənd və Saatlı rayonunun Qaracalar kəndlərinin ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub. Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Xocavənd rayonunda boş ərazidə güclü yanğın başlayıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Veysəlli kəndi ərazisində qeydə alınıb. Dağ massivində, boş ərazidə başlayan yanğın küləyin təsiri ilə genişlənib.
Türkiyənin Muğla vilayətində gəzinti gəmisində yanğın baş verib. Primeinfo.az xəbər verir ki, aralarında uşaqların da olduğu 115 sərnişin təxliyə olunub. Gəmi tamamilə yanıb.
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar. Daxili İşlər Nazirliyindən ( DİN) Primeinfo.az-a bildirilib ki, ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – F.Zeynalov, Ə.Əliyev, A.Ağayev və M.Şükürov tərəfindən törədildiyi məlum olub.
Bakı şəhəri, Xətai rayonu, Babək prospektində obyektdə yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Ukrayna silahlı qüvvələri Rusiyanın İlski neft emalı zavoduna hücum edib.
Omanın Xəsəb şəhərindən 18 dəniz mili şərqdə bir gəmi naməlum mərminin zərbəsinə məruz qalıb. Primeinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb. Zərbə nəticəsində gəmidə yanğın baş verib və onu söndürmək mümkün olub.