Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yanğın

Antalyada meşə yanğınları 2 gündür davam edir

Antalyada meşə yanğınları 2 gündür davam edir

Türkiyənin Antalya vilayətinin Kaş rayonunun Üzümlü məhəlləsində meşəlik ərazidə baş verən yanğının söndürülməsi işləri ikinci gündür davam edir. Primeinfo.az yerli KİV-ə istinadən xəbər verir ki, yanğına 3 təyyarə, 8 helikopter, 18 yanğınsöndürən maşın, iş texnikası və 135 nəfərlik şəxsi heyətlə müdaxilə olunur. Ərazinin sıldırım, maili və qayalıq olması yanğınsöndürmə qruplarının işini çətinləşdirib.

Biləcəridə baş verən yanğın söndürülüb, hərəkət məhdudiyyəti aradan qaldırılıb – FOTO - YENİLƏNİB

Biləcəridə baş verən yanğın söndürülüb, hərəkət məhdudiyyəti aradan qaldırılıb – FOTO - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) isə yanğın səbəbindən “Biləcəri” dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətin aradan qaldırıldığını açıqlayıb.

Türkiyədə meşə yanğını - Əhali təxliyə olunur

Türkiyədə meşə yanğını - Əhali təxliyə olunur

Türkiyənin Afyonkarahisar, Antalya və Muğla vilayətlərində meşə yanğınları başlayıb. Primeinfo.az xəbər verir ki, Antalya şəhərinin Kepez rayonunun Çamlıca məhəlləsində baş verən yanğının söndürülməsinə havadan və qurudan müdaxilə edilir. Antalya Meşə Regional İdarəsinin məlumatına görə, yanğının söndürülməsinə 5 helikopter, 4 yanğınsöndürən təyyarə, 12 xüsusi texnika, 4 su təchizatı maşını və 4 ilkin müdaxilə avtomobili cəlb olunub.

9 nəfərin meyiti təhvil verilib - FHN

9 nəfərin meyiti təhvil verilib - FHN

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 672 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma və 5 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Nazirliyin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 55 nəfər xilas edilib, 30 nəfər təxliyə olunub, 9 nəfərin meyiti təhvil verilib.

"Azərsilah"ın poliqonunda yanğın baş verib

"Azərsilah"ın poliqonunda yanğın baş verib

Ötən gün axşam saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Xocavənddə minalanmış ərazidə YANĞIN BAŞLADI

Xocavənddə minalanmış ərazidə YANĞIN BAŞLADI

Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib. Primeinfo.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar. Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini çətinləşdirir.

Bakıda açıq ərazidə yanğın başlayıb

Bakıda açıq ərazidə yanğın başlayıb

Bakıda açıq ərazidə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Paytaxtda yanacaqdaşıyan maşın ALOVLANDI - VİDEO

Paytaxtda yanacaqdaşıyan maşın ALOVLANDI - VİDEO

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Primeinfo.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qoşqusunda otuz bir ton dizel yanacağı olan “Mercedes” markalı avtomobilin kabinə hissəsində baş vermiş yanğın yanacaq çəninə keçməsinə və ağır fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.