Xəbər axtarın

Son axtarış nəticələri:

Lənkəranda açıq ərazidə yanğın başlayıb - VİDEO

03.08.2026 18:48

Lənkəranda açıq ərazidə yanğın başlayıb - VİDEO

Lənkəran şəhəri, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

 

Paylaş: