Xəbər axtarın

Son axtarış nəticələri:

Füzulidə Araz çayı boyunca güclü yanğın başlayıb

04.08.2026 21:39

Füzulidə Araz çayı boyunca güclü yanğın başlayıb

Füzuli rayonunun Mollaməhərrəmli və Seyidəhmədli kəndləri istiqamətində, Araz çayı boyunca yerləşən açıq ərazidə güclü yanğın müşahidə olunur.

Primeinfo.az-ın xəbərinə görə, alov ətrafdakı yaşayış məntəqələrindən də açıq şəkildə görünür.

 

 

Yanğının söndürülməsi üçün hadisə yerinə Cəbrayıl və Füzuli rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.
Paylaş: